KTMT baza prinsipləri üzərində işi başa çatdırmağa çağırır

KTMT baza prinsipləri üzərində işi başa çatdırmağa çağırır

Təfsilat
27 May 2013, 14:02 807
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr qurumun Xarici İşlər Nazirləri Şurasının Bişkek görüşünün yekunlarına dair birgə bəyanatla çıxış ediblər. APA-nın məlumatına görə, birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə çağırış yer alıb.

“KTMT üzvləri münaqişənin istisnasız olaraq sülh yolu ilə həllinə bağlılığını ifadə edərək nizamlanmanın baza prinsipləri üzərində işi tezliklə başa çatdırmağın vacibliyini vurğulayırlar. Baza prinsipləri beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə, xüsusilə Helsinki Yekun Aktının güc tətbiqi və təhdidindən çəkinmə, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanmalıdır”.