• çərşənbə axşamı, 23 aprel, 11:41
  • Baku Bakı 20°C

Kristin Maqri: Sərgi vasitəsi ilə Azərbaycana səyahət etdik

16.07.18 10:30 450
Kristin Maqri: Sərgi vasitəsi ilə Azərbaycana səyahət etdik
"Məhəbbət tandemi” adlandırılan bu sərgi çox gözəldir və maraqlıdır. Rənglər göz oxşayır. Tabloların ölçülər çox böyük deyil, ancaq insana ətraflı məlumat verir. Onlarda gündəlik həyat səhnələri əks olunub. Sanki Azərbaycana səyahət etdik.
Bu fikriAZƏRTAC-a müsahibəsində "Lions Clubs International” klubunun nümayəndəsi Kristin Maqri bildirib.
O deyib: "Tablolar, xüsusilə də portretlər sanki insanla danışır. Mən bu sərgiyə gələrkən belə müsbət mənada təəccüblənəcəyimi gözləmirdim. Çox gözəl əsərlərdir”.
Sərgiyə bir qrup nümayəndə ilə qatıldıqlarını söyləyən Kristin Maqri qruplarının bir milyondan çox üzvü olduğunu bildirib. "Azərbaycan mədəniyyətini çox sevir və onunla yaxından maraqlanırıq. Bir neçə ilə əvvəl Nitsa şəhərində Azərbaycan caz musiqiçilərinin konsertini təşkil etmişdik. Ümumiyyətlə Azərbaycan mədəniyyəti ilə maraqlandığımız üçün harada olmasına baxmayaraq tədbirlərdə iştirak edirik”, -deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər