• şənbə, 20 Aprel, 15:28
  • Baku Bakı 23°C

Kriştianu Ronaldo “Yuventus” klubuna keçib

10.07.18 21:12 859
Kriştianu Ronaldo “Yuventus” klubuna keçib
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun İtaliyanın "Yuventus” klubuna keçidi rəsmiləşib. Apasport.az-ın məlumatına görə, bunu İspaniyanın "Real” klubunun rəsmi saytı açıqlayıb.

Madridlilər 2009-cu ildən klubun şərəfini qoruyan hücumçunun Turin təmsilçisinə keçdiyini elan edib. Lakin transferin rəsmi məbləğini açıqlamayıb.

İspaniyanın "Marka” nəşri 438 oyunda 451 qol vuran Ronaldonun keçidinin 105 milyon avroya rəsmiləşdiyini iddia edir.
banner

Oxşar Xəbərlər