• şənbə, 20 Aprel, 20:09
  • Baku Bakı 24°C

Kristian Vigenin: “Qarabağ münaqişəsinin həlli üçün parlamentlərarası əlaqələri intensivləşdirmək lazımdır”

11.10.16 13:48 1944
Kristian Vigenin: “Qarabağ münaqişəsinin həlli üçün parlamentlərarası əlaqələri intensivləşdirmək lazımdır”
ATƏTParlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin APA-ya müsahibəsi
- AzərbaycanlaATƏTPA arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- AzərbaycanATƏTPA-nın dəyərli üzvüdür. Bu ölkəninATƏTPA-da Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə aktiv nümayəndə heyəti var. Azərbaycandan yüksək vəzifəli şəxsin bu qurumda təmsil olunması PA üçün böyük üstünlükdür. Çünki bu,ATƏTPA-nın Azərbaycandakı və geniş regionda mövqeyini artırır. Azərbaycan parlamentinin üzvüAzay Quliyevdə hazırda assambleyanın vitse-prezidentidir. Daha əvvəl isə o, Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini olub. Mən yazda Azərbaycana son səfərim zamanı orada çox yaxşı qarşılandım. Səfərim zamanı Azərbaycan prezidentiİlham Əliyev, parlamentin spikeriOqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarovla görüşdüm. Əvvəl də dediyim ki, insan haqları sahəsində səyləri təbliğ etmək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün parlamentlərarası əlaqəni davam etdirmək və intensivləşdirmək lazımdır.
-ATƏTPA-nın Azərbaycana əlaqələri inkişaf etdirmək üçün ölkəyə hər hansı nümayəndə heyəti göndərmək niyyəti varmı?
- Mən həmişə Azərbaycan və digər bölgə ölkələrindəki həmkarlarımla müzakirələr aparır və əlaqələri inkişaf etdirməyin yollarını araşdırıram.ATƏTPA-nın Skopyedə keçirilən payız görüşündə Cənubi Qafqazdan olan parlamentarlarla danışmaq imkanım oldu. Mən yaxın aylarda, hər iki tərəfə uyğun vaxtda, yenidən regiona səfər edəcəyimə ümid edirəm.
- Necə düşünürsünüz,ATƏTPA-nın Azərbaycanda bundan əvvəl keçirilən seçkilərdə və sentyabrın 26-da baş tutan referendumda iştirak etməməsinin səbəbi nədir?
- Ötən il bizim tərəfdaşımız olanATƏTDemokratik Təsisatlar və İnsan Haqları Bürosuna Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı tətbiq edilən məhdudiyyətdən sonra onların daha əvvəl planlaşdırdıqları seçki müşahidə missiyasını ləğv etdilər. Bununla əlaqədar Parlament Assambleyası da seçkiləri müşahidə etməmək qərarına gəldi.ATƏTPA-nın prezidentinin dediyi kimi, əvvəlcədən məlum idi ki, əgər bizim tərəfdaşımız olanATƏTDTİHB seçkiləri müşahidə edə bilmirsə, biz də müşahidə etməyəcəyik. Azərbaycanda sentyabrın 26-da keçirilmiş referenduma gəldikdə, mən düşünmürəm ki,ATƏTPA müşahidə üçün dəvət olunub. Bütün hallarda biz öz resurslarımızı daha çox parlament seçkilərinə yönəldərək referendumları müşahidə etmirik.
-ATƏTPA-nın Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün planları nədir? Siz hər iki tərəfin parlamentarları arasında görüş təşkil etməyi nəzərdə tutursunuzmu?
- Dəfələrlə bəyan etdiyim kimi, münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur. Mən tərəfləri aqressiv ritorikaları dayandırmağa və xüsusilə Minsk prosesinə dəstək ifadə edərək sülh naminə daha konstruktiv səylərə şərait yaratmağa çağırmışam. Bu baxımdan Parlament Assambleyası parlamentarlar səviyyəsində konstruktiv dialoqa təkan verməklə vacib rol oynaya bilər. Bu isə nəticədə inam yarada və etimadyaradıcı tədbirləri təşviq edə bilər. Konkret ideyalar var və biz bunların icrasına yaxınlaşdıqda, ictimaiyyətə geniş məlumat verəcəyəm.
- Siz əvvəlki müsahibələrinizdə Dağlıq Qarabağ səfər etmək niyyətinizi açıqlamısınız. Bunu reallaşdırmaq üçün və ya yaxın vaxtlarda regiona səfərlə bağlı hər hansı planınız varmı?
- Bu barədə hazırda heç bir məlumat yoxdur. Ümumilikdə düşünürəm ki, sülh səylərinə aktiv şəkildə cəlb olunmuş şəxslər üçün ərazidə vəziyyəti gömək çox vacibdir. Əgər müvafiq kanallar, Bakı və İrəvandakı rəsmi şəxslər təşkil etsələr və əgər bu, davam edən səylərə vacib töhfə olsa, mən Dağlıq Qarabağa səfər etməyə hazıram.
banner

Oxşar Xəbərlər