• şənbə, 20 Aprel, 16:59
  • Baku Bakı 23°C

Kristel dö Mönye: Mədəniyyət Mərkəzi Azərbaycanın giriş qapısıdır

16.09.18 17:31 553
Kristel dö Mönye: Mədəniyyət Mərkəzi Azərbaycanın giriş qapısıdır
Özümü doğma yerdə hiss etdim. Burada tərənnüm olunan mədəniyyəti, dünyaya açıqlığı çox sevdim. Gördüklərim o qədər zəngin və gözəldir ki, hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Birinci dəfə gəlməyimə baxmayaraq, sanki bu mərkəzi çoxdan tanıyıram.
Bu fikirləriAZƏRTAC-a müsahibəsində "Avropa İrs Günləri” çərçivəsində Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etmiş Kristel dö Mönye söyləyib.
Qeyd edib ki, Mərkəzin nəzdindəki muzey Azərbaycan, onun tarixi, mədəniyyəti haqqında tam təsəvvür yaradır. "Eksponatların rəngləri diqqətimi daha çox cəlb etdi. Milli geyimlər, musiqi alətləri, xalçalar misgərlik nümunələri ölkənizin zəngin tarixindən xəbər verir. Fotosərgini də çox sevdim, onun vasitəsilə Bakıya səyahət etdik, bu şəhərlə tanış olduq. Səfirliyinizin Mədəniyyət Mərkəzi Azərbaycanın giriş qapısıdır”, - deyə Kristel dö Mönye bildirib.
banner

Oxşar Xəbərlər