• şənbə, 20 Aprel, 08:00
  • Baku Bakı 14°C

“Kristal”ın qızlarından gözlənilməz hərəkət - Fotolar

28.03.14 13:52 3873
“Kristal”ın qızlarından gözlənilməz hərəkət - Fotolar
“Kaspi qlobal” prodakşnın təşkilatçılığı ilə ATV telekanalında nümayiş olunan “Alma almaya bənzər” verilişinin bu dəfəki qonağı “Kristal” qrupu olub. Həmin verilişdə tanınmış sənətçilərin, sevimli şou-biznes nümayəndələrinin digər məşhurlara bənzəyən yeni imici insanları təəccübləndirməyə müvəffəq olub.
Kaspi.az-a verilən məlumata görə, “Kristal” qrupu Rusiyanın məşhur qrupu olan “Tatu”-nun sevilən mahnısı “Nas nedaqonyat”-ı ifa ediblər. Bu səhnə bu gün (cümə günü) 23:00-da ATV telekanalında nümayiş olunacaq.
Qrupun rəhbəri Mədinə Məlik bizimlə söhbətində çəkiliş zamanı çox yorulduğunu, ancaq peşəkar heyət ilə işlədikləri üçün həmin yorğunluqdan həzz aldığını qeyd etdi: “Bu proyekti çox bəyənirəm. “Alma almaya bənzər” verilişi tam fərqli bir proyektdir. Layihədə iştirak etməmişdən əvvəl düşünürdüm ki, görəsən qızları kimə oxşadacaqlar. Təşkilatçılar mənə “Tatu” qrupunun obrazını yaradacaqlarını söyləyəndə düşünmədən qəbul etdim. Bilirsiniz ki, əvvəllər “Kristal” qrupu 3 nəfərdən ibarət idi, ancaq indi formatı dəyişib 2 nəfər saxlamışam. Bundan qabaq da qızlarımı “Tatu” qrupuna oxşadırdılar”.
Mədinə Məlik layihənin yaradıcı heyətinin peşəkar komanda şəklində fəaliyyət göstərməsini təqdirəlayiq hesab edir: “Verilişin komanda heyəti çox sadə və professional insanlardan ibarətdir. Layihənin rejissoru Elnaz Əblucu 15 ilə yaxındır tanıyıram və onun işinə bələdəm. Rejissor kimi nəyə nail olduğunu bilirdim. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, “Kristal” məktəbinə də bələdəm. Onlar oxumaqla bərabər hər zaman aktrisalıq dərsləri də keçirlər. Mahnını yaşatmaq üçün aktrisalıq qabiliyyətinə çox önəm verirəm. Qızlardan arxayın olsam da, ancaq yenə də narahat idim. Verilişə təklif almamışdan öncə bizdən əvvəlki verilişlərə nəzər yetirdim. Komandanın işə professionallıqla, ciddi şəkildə yanaşdıqlarını görəndən sonra sevindim ki, nə yaxşı, verilişə ürəkdən hazırlaşmışdıq. Ancaq məyus olduğum məqamlar da var. Belə ki, verilişdə bəzi müğənnilərimiz imic baxımından tam oxşadılsa da, ancaq əksəriyyəti həmin obrazı yarada bilməyiblər. Ona görə də o kadrları qızlara göstərərək deyirdim ki, baxın, siz “Kristal” məktəbinin yetirmələri olduğunuzu peşəkar səviyyədə göstərməlisiniz”.
Xəbəriniz olsun ki, verilişin aparıcısı Nərgiz Mahmudzadə, redaktoru Kəmalə Əhmədova, rejissoru Elnaz Əbluc, prodüseri Vasif Ayan, montajçısı isə Ətrabə Babayevadır.
Xəyalə RəisFotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar">

banner

Oxşar Xəbərlər