AZE | RUS | ENG |

Kriptovalyutalar, onların inkişafı və gözləntilər

Kriptovalyutalar, onların inkişafı və gözləntilər
Blokçeyn texnologiyası, pulun dijitallaşması həyatımıza sürətli şəkildə daxil olmağa başlamışdır. Bitkoinin sürətli yüksəlişi hər bir kəsin ciddi marağına səbəb olmuşdur. Bitkoin istifadəçi sayı, bəzi təşkilatlar tərəfindən ödəmə aləti olaraq qəbul edilməsi ilə ön plana çıxmışdır. Dijital valyutanın ən böyük özəlliyi – arxasında hər hansı bir dövlət və ya Mərkəzi Bank olmadan üçüncü tərəfə/təsirə ehtiyac duymadan birbaşa alıcı ilə satıcı arasında rəqəmsal aləmdə əl dəyişdirməsidir. Kriptovalyutaları etibarlı edən blokçeyn texnologiyasıdır.

Bitkoin meydana gəldiyi 2009-cu ildən bu yana istər dövriyə həcmi, istərsə də bazar kapitallaşması yönümündən dəyərinə ciddi əlavə dəyər qatmışdır. Qısaca, Bitkoin son illərin fenomeninə çevrilmişdir. 2017-ci ilin sonuna hətta 20 min dollar səviyyəsinə qədər yüksəldiyini hər birimiz xatırlayırıq. Hal-hazırda bir çox inkişaf etmiş ölkələr kağız puldan istifadəni minimallaşdırır. Bu da Kriptovalyutaların inkişafı üçün əlavə zəmin yaradır.

Qlobal maliyyə böhranı baş verdikdən sonra Kriptovalyuta anlayışı - Bitkoin ilk dəfə Sathoshi Nakamoto tərəfindən yazılan "Bitkoin: A Peer-to-Peer Electronic Cash System” adlı məqalədən sonra ortaya çıxmışdır. Məqalədə müəllif Bitkoini şifrələmə ispatı üzərinə qurulmuş və iki tərəfin bir-biri ilə birbaşa əlaqəli olduğu dijital bir ödəmə sistemi şəkilində təqdim etmişdir. Bitkoini izah edən məqalədə maliyyə təşkilatları tərəfindən təqdim olunan vasitəçilik xidmətləri mühakimə olunur və dijital ticarətin yüksələn trendi nəzərə alınanda ticarətin reallaşması üçün maliyyə təşkilatlarına ehtiyac qalmadığı vurğulanır. Məqalədə müəllif, eyni zamanda qlobal böhran sonrası insanlarda banklara qarşı formalaşan inam probleminin texnologiya sayəsində necə həll olunacağına yeni bir baxış qazandırmağa çalışır. 

Hal-hazırda Bitkoin həm internet, həm də bir çox digər alış-veriş işlərində istifadə olunur. ATM-lər və Bitkoin qəbul edən təşkilat sayı gün keçdikcə artır. Bitkoin E-bay, Amazon, Microsoft, Dell, Subway, Tesla və Bloomberg kimi çox sayda təşkilatda ödəmə aləti olaraq qəbul olunur. Rəsmi statistikaya əsasən, 2018-ci ilin əvvəlində dünyanın 61 ölkəsində 1963 ədəd Bitkoin ATM mövcud olmuşdur. Bu tip ATM-lərin təqribən 35%-i Bitkoin ilə yanaşı digər altkoinlərə də xidmət göstərməkdədir. Bitkoin xidməti təqdim edən ATM-lərin 60%-i ABŞ ərazisində yerləşir. 

Bitkoin istifadəsinin geniş yayılmasına ən real misallardan biri Vanuatu adlı kiçik ada dövlətinin Bitkoin qarşılığında vətəndaşlıq verməsidir. Son zamanlarda bəzi ölkələr iqtisadiyyatlarını canlandırmaq məqsədi ilə investisiya gətirən şəxslərə vətəndaşlıq verirlər. Kiçik bir ada ölkəsi olan Vanuatu 200 min dollar qarşılığında vətəndaşlıq verir. Həmçinin Bitkoinidə ödəniş vasitəsi olaraq qəbul edirlər. 

Lakin heç də hər bir kəs Bitkoinə müsbət yanaşmır. JP Morgan CEO-su Bitkoini "fırıldaqçılıq” olaraq qəbul edir və öz şirkəti daxilində belə bir qərar vermişdir ki, Bitkoinə sahib olan əməkdaş olduğunu bildiyi təqdirdə, həmin şəxsi işdən kənarlaşdıracaqdır. Danimarka Mərkəz Bankı Bitkoini öldürücü bir alət kimi təqdim edərək, ondan uzaq durulması lazım olduğunu bildirmişdir. ABŞ Mərkəzi Bankının rəhbəri Bitkoini xəyali "spekulyativ” olaraq ifadə etmişdir.
 
Danılmaz faktdır ki, Bitkoin və Kriptovalyutalar həyatımıza sürətli şəkildə daxil olmuşdur. Zənnimcə, dövlətlərin bu valyutaları önəmsiz hesab etməsi yerinə, öz vətəndaşlarını itkidən qoruyacaq addımlar atması, blokçeyn texnologiyasını güclü iqtisadi alətə çevirməsi daha məqsədə uyğundur. Nəzərə almaq lazımdır ki, Bitkoin əməliyyatları zamanı istifadəçilərin pul ödəməməsi, sürətli və hər hansı bir vasitəçi təşkilatdan istifadə etmədən transfer əməliyyatları yerinə yetirə bilməsi dünya maliyyə sisteminə ciddi bir meydan oxumadır. Bu yöndən dünya maliyyə təşkilatlarının və bankların Kriptovalyutalara biganə qala bilməyəcəklərini və uyğunlaşmağa məcbur olacaqlarını proqnozlaşdırıram. 

Bitkoinin daşıdığı risk və fürsətlərə hökümətlərin reaksiyasız qalmayacağı birmənalıdır. Bitkoin hələ özünü tam isbat etməməsinə baxmayaraq, artıq dünya maliyyəsində öz yerini tutmağa başlamışdır. Bütün qeyd olunanları nəzərə alaraq rahat şəkildə bildirmək olar ki, yaxın gələcəkdə bir çox dövlət mərkəzi bankları öz Kriptovalyutalarını bazara təqdim edəcəklər və blokçeyn texnologiyası sayəsində bu prosesi tənzimləməyə çalışacaqlar.

Camid Mövsümov,
Biznesin inkişafı və satış üzrə mütəxəssis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.3703
TRY 1 Türk lirəsi 0.4144
KWD 1 Küveyt dinarı 5.6584
SEK 1 İsveç kronu 0.1997
EUR 1 Avro 2.0763
CHF 1 İsveçrə frankı 1.7381
USD 1 ABŞ dolları 1.7000