• cümə axşamı, 28 mart, 21:11
  • Baku Bakı 13°C

Kriptovalyuta 4,3 min dollaradək ucuzlaşıb

24.11.18 10:30 452
Kriptovalyuta 4,3 min dollaradək ucuzlaşıb
Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir.
Trend-in məlumatına görə, bitkoin 4,3 min dollar ətrafında alınıb satılır.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 4,11% azalaraq 4,31 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiyməti daha kəskin ucuzlaşır.
Belə ki, "Ethereum" 7,88% və ya 121,23 dollaradək, "Ripple" 6,74% (0,4075 dollara qədər), "Bitcoin Cash" isə 9,63% (200,46 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 138,93 milyard dollar təşkil edir və bunun 54 faizi bitkoinin payına düşür.
banner

Oxşar Xəbərlər