• şənbə, 20 Aprel, 03:54
  • Baku Bakı 15°C

Kriptomanatın yaradılmasının üstünlükləri

04.06.18 10:15 647
Kriptomanatın yaradılmasının üstünlükləri
Blokçeyn və kriptovalyutalar kimi müasir texnologiyalardan imtina və onların tamamilə qadağan olunması mənfi nəticələrə səbəb ola bilər.
Bunu Trend-ə "eTORO” şirkətinin Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Georgi Verbeçki deyib.
O qeyd edib ki, öz bazarlarını kriptovalyutalara açan və onlarla işləməyi bacaran ölkələr xeyli mənfəət əldə ediblər: "Buna misal olaraq Yaponiyanı göstərmək olar. Son aylar ərzində Yaponiyanın kriptovalyuta bazarı əhəmiyyətli dərəcədə artıb, lakin bu, Çinin maynerlərlə bağlı tələbləri sərtləşdirməsi və nəticədə onların Yaponiyaya köçməsi səbəbindən baş verib”.
G.Verbeçkinin sözlərinə görə, dövlətlər bitkoin və digər kriptovalyutalarla bağlı nəzarət oluna bilməyən risklərlə qarşılaşmaq istəmirlər, lakin bu vəziyyətdə çıxış yolu rolunu mərkəzi banklar tərəfindən buraxılan milli kriptovalyutaların yaradılması oynaya bilər:
"Bu addım ölkənin bölgədə və dünyada rəqabətqabiliyyətliliyini xeyli artıra bilər. Təsəvvür edin ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən blokçeyn texnologiyası əsasında buraxılan, real ehtiyatlarla təmin edilən kriptomanat yaradıllır. Bu, sadəcə blokçeyn əsasında yaradılıb, şəffafdır və bütün tranzaksiyalar göz qabağındadır. Emissiya mərkəzləşdirilmiş şəkildə həyata keçirilə bilər və hansısa dövlət xidmətlərinə görə ödəniş əhalini bu kriptomanatdan istifadəyə təşviq etmək məqsədilə müəyyən güzəştlə kriptomanatla edilə bilər”.
İcraçı direktor bildirib ki, bu addımın açıq-aşkar müsbət tərəfləri var: "Pul çap etməyə, buna vəsait xərcləməyə ehtiyac qalmır. Hər şey elektron şəkildə, böyük sürətlə baş verir. Yəni biz texnologiyanı götürürük, lakin mərkəzləşdirməni saxlayırıq. Bəli, əhali tərəfindən emissiyaya etimadsızlıq qalacaq, çünki bitkoinlə bağlı olduğu kimi, desentralizasiya həyata keçirilməyib. Lakin bir addım irəli atıb, tamamilə qlobal bazara istiqamətlənmiş valyuta yaratmaq olar. Bu, azad şəkildə konvertasiya edilə biləcək və dollardan asılılığı azalda biləcək milli kritpovalyuta ola bilərdi. Bundan əlavə, bu hələ ki boş qalan sahəni tutmağa kömək edə bilərdi”.
Xatırladaq ki, bir müddət əvvəl Bakıda "Maliyyə texnologiyalarında yeni trendlər: blokçeyn, kriptovalyutalar və təhlükəsizlik” mövzusunda keçirilmiş konfransda maliyyə texnologiyaları, blokçeyn, kriptovalyutalar və bazardakı digər yeniliklər, həmçinin onların tətbiqi ilə bağlı mümkün risklər müzakirə edilib.
banner

Oxşar Xəbərlər