• cümə, 29 Mart, 18:41
  • Baku Bakı 14°C

Krımoğlunun evində axtaış aparıldı

16.05.14 08:37 1136
Krımoğlunun evində axtaış aparıldı
Bunu Krım Tatar Məclisinin mətbuat katibi Əli Həmzin Ukraynanın "UNN” agentliyinə açıqlamasında bildirib.
Ə. Həmzin deyib ki, dünən Krım tatarlarının lideri Mustafa Cəmilovun iştirakı olmadan evində axtarış aparılıb: " Səhər saat 5 radələrində mənim də evimdə özümün iştirakı olmadan axtarış aparıldı ”.
Onun sözlərinə görə, bir neçə gün əvvəl 150-dək tatar polis şöbələrinə aparılıb: "Onlardan barmaq izləri götürülüb, şəkilləri çəkilib, məscidlərə getmələrinin məqsədlərinin açıqlanması tələb olunub”.
Ə. Həmzin Krım tatarlarının təhlükəsizliyinin beynəlxalq səviyyədə təmin olunmasının vacibliyini vurğulayıb: "Məsuliyyəti tək Rusiya deyil, həm də Budapeşt memorandumunun zaminləri daşıyır”./apa/
banner

Oxşar Xəbərlər