• çərşənbə axşamı, 19 mart, 11:31
  • Baku Bakı 8°C

Kriminal mövzudan yazan jurnalistlər daha çox hansı səhvlərə yol verir?

21.08.19 15:52 9377
Kriminal mövzudan yazan jurnalistlər daha çox hansı səhvlərə yol verir?
Kriminal mövzulu ictimai təhlükəli əməllər barədə bəzi jurnalistlər mülkiyyət əleyhinə daxil olan cinayətlərin növləri ilə bağlı səhvlərə yol verir.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev"Report”un sorğusuna cavab olaraq bildirib ki, səhvlər əsasən oğurluq, dələduzluq, soyğunçuluq və quldurluq kimi talama cinayətlərində rast gəlinir.
Xidmət rəisi səhvlərin nədən ibarət olduğuna toxunaraq qeyd edib ki, məsələn, "quldurluq hadisəsi baş verib” sərlövhəli xəbər verilir, yazının içərisində hadisənin fabulası göstərilir: "Məlum olur ki, ictimai təhlükəli əməl soyğunçuluqdur.
Cinayət qanunvericiliyinə görə, bu cinayətlərin obyekti mülkiyyət münasibətləridir, mülkiyyət münasibətlərinin pozulması ilə müşayiət olunan talamadır.
Oğurluq, yəni özgənin əmlakını gizli yolla talamadır.
Dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir.
Soyğunçuluq, yəni özgənin əmlakını açıq talamadır.
Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükə zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hadisəsi ilə bağlı olan basqındır”.
E.Hacıyev əlavə edib ki, qeyd olunanlar Azərbaycan Repsublikasının Cinayət Məcəlləsində, başqa sözlə, cinayət qanunverciliyində təsbit olunub: "Sadalanan ictimai təhlükəli əməllər əlamətlərinə, törədilmə üsul və vasitələrinə görə bir-birindən fərqlənir. Ona görə də onların hər birinin təqsirə görə fərqli məsuliyyəti, cəza sanksiyası var”.
banner

Oxşar Xəbərlər