• cümə, 26 Aprel, 19:15
  • Baku Bakı 22°C

“Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri”

25.06.18 13:09 829
“Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri”
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)iyunun 22-dəMingəçevir şəhərində"Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri”mövzusunda seminarkeçirib.Mingəçevir Media Resurs Mərkəzində keçirilən tədbirə Qərb bölgəsində mövcud olan yerli KİV-lərinnümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərinbölgəüzrətəmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərinnümayəndələri qatılıblar.
Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Xəbər istehsalçıları üçün "Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri”mövzusunda konfrans və seminarlarıntəşkili”layihəsi çərçivəsində baş tutub.
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,xəbər istehsalçılarının "kriminal hadisələr barədə xəbər hazırlamağın şərtlərinə” yanaşmalarıproblemlidir: "Əksər xəbər istehsalçılarının kriminal mövzuda informasiya hazırlayarkən, ciddi qüsurlara yol verdikləri faktı ortadadır.Bu qüsurların bir tərəfi süni sensassiya yaratmaq, auditoriya qazanmaq naminə bilərəkdən yol verilmiş xətalardırsa, digər tərəfi dəhüquqi bilgisizliklə, yanlış terminlərinistifadə edilməsilə bağlıdır”. Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasınınqanununda,''Televiziya və radio yayımı haqqında'' Azərbaycan Respublikasının qanununda,"Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”ndabu yöndə xəbər hazırlamağın prinsipləri çox aydın şəkildə göstərilsə də, xəbər istehsalı zamanı bu prinsiplərinciddi şəkildə pozulması müşahidə edilir. "Xüsusi olaraq, cinayətdə şübhəli bilinən şəxslərin təqsirsizlik prizumpsiyasının pozulması halı çox intensivdir. Həmçinin, monitorinqlərin nəticəsi göstərir ki, kriminal mövzuda xəbər hazırlanması prosesində diqqət çəkən ikinci ciddi məqam,ictmai maraqların unudulması, kriminal xəbərlər vasitəsiləvətəndaşlara zərərli mesajlar verilməsidir. Bəziinternet informasiyaresurslarıcinayətkarları sensassiya naminə hətta"milli qəhrəman”kimi təqdim edir, gənclərin onlardanyanlış nümunə götürmələrinə yol açırlar”.Xəbər istehsalçılarıcinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidirlər. Bu baxımdan, keçirdiyimiz seminarKİV işçilərində, xüsusən,internet üzərindən xəbər yayan informasiya istehsalçılarında kriminal hadisələrhaqqında informasiya yayımının şərtləribarədə təsəvvür formalaşdırmaqdan ibarətdir”.
Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə"Kriminal hadisələr barədə xəbər hazırlamağınşərtləri”adlı vəsait də çapedilib və seminar iştirakçılarına pulsuz paylanıb.
Tədbirdəçıxış edən media eksperti Nəzirə Nurullayeva kriminal hadisələrhaqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər brədə seminar iştirakçılarını məlumatlandırıb.
banner

Oxşar Xəbərlər