• çərşənbə, 24 Aprel, 00:37
  • Baku Bakı 14°C

“Krımdakı referendum qanunsuzdur”

06.03.14 14:47 986
“Krımdakı referendum qanunsuzdur”
APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Yan Tombinski deyib. O bildirib ki, hər hansı sərhəd dəyişikliyi və ya hansısa ərazinin Ukraynadan ayrılması ölkə Konstitusiyasının 73-cü maddəsi əsasında tənzimlənir. Həmin maddədə yazılıb ki, bunun yeganə yolu bütün ölkə üzrə keçiriləcək milli referendumdur: “Çox asanlıqla başa düşmək olar ki, Ukraynanın bir hissəsində keçiriləcək referendum bu məsələnin həlli demək deyil”.
Xatırladaq ki, Rusiyaya birləşmək istəyən Krım separatçıları martın 16-na referendum təyin ediblər.
banner

Oxşar Xəbərlər