• cümə, 29 Mart, 16:11
  • Baku Bakı 14°C

Krım tatarları mitinq keçirir

26.02.14 12:49 1071
Krım tatarları mitinq keçirir
APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, aksiyada azı 5 min Krım tatarı iştirak edir. Onlar yerli hakimiyyəti Ukraynanın ərazi bütövlüyünü pozmamağa çağırırlar. İnsanlar əllərində Ukraynanın, Avropa Birliyinin və Krım tatarlarının bayraqlarını tutublar. Bu aksiyadan bir qədər aralıda isə yerli kazak təşkilatlarının üzvləri və Rusiyayönümlü insanlar toplaşıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 15-də Krım parlamentinin növbədənkənar sessiyası keçiriləcək. Gündəlikdə iki məsələ var: ölkədəki ictimai-siyasi vəziyyət və Krım Nazirlər Kabinetinin hesabatı.
banner

Oxşar Xəbərlər