• cümə, 26 Aprel, 22:29
  • Baku Bakı 22°C

Krım Rusiyaya birləşdirildi - Parlament qərarı

06.03.14 12:29 958
Krım Rusiyaya birləşdirildi - Parlament qərarı
APA-nın “lenta.ru” xəbər portalına istinadən verdiyi məlumata görə, Krım parlamenti “Rusiya Federasiyasının subyekti qismində Rusiya Federasiyasının tərkibinə daxil olmaq prosedurunun başlanması haqqında” qərar qəbul edib və bu təkliflə Rusiya rəhbərliyinə müraciət edib. Müraciət prezident Vladimir Putinə və Rusiya parlamentinə ünvanlanıb.
Bu qərardan qısa müddət əvvəl isə parlament martın 30-na təyin olunan referendumun vaxtını və sualını dəyişib. Ümumxalq səsverməsi martın 16-da keçiriləcək və orada Ukraynanın tərkibində qalıb-qalmamaq, Rusiyaya birləşib-birləşməmək barədə sual qoyulacaq.
banner

Oxşar Xəbərlər