• cümə, 19 Aprel, 13:31
  • Baku Bakı 25°C

“Körfəz ölkələri Fələstin məsələsində Trampa təsir göstərməlidir”

16.05.18 13:15 502
“Körfəz ölkələri Fələstin məsələsində Trampa təsir göstərməlidir”
"Səudiyyə Ərəbistanı Fələstin məsələsində ABŞ prezidenti Donald Trampa təsir göstərməlidir”.
BunuTürkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman APA-nın Türkiyə müxbirinin Yaxın Şərqdə baş verən hadisələrlə bağlı sualına cavabında deyib.
İ. Qəhrəman bildirib ki, Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin bu məsələdə Donald Trampa təsir güclərindən istifadə etməməsi doğru deyil: "Onlar səhv edir. Bu gün "mənə toxunmur”, - deyə düşündüyümüz məsələ sabah bizə gəlib çatar. Bu, bumeranqdır. Beynəlmiləl dəyərlərdən, hüquq normalarından, humanist duyğu və düşüncələrdən uzaqlaşanda sabah siz də bu problemlərin içinə girərsiniz. Bu mövqe səhvdir, düzəldilməsi lazımdır”.
İ. Qəhrəman mayın 18-də İslam Əməkdaşlıq Təşkilatının İstanbulda Yaxış Şərqdəki hadisələrə dair fövqəladə zirvə toplantısının keçiriləcəyini diqqətə çatdırıb.
banner

Oxşar Xəbərlər