AZE | RUS | ENG |

“Körfəz ölkələri Fələstin məsələsində Trampa təsir göstərməlidir”

“Körfəz ölkələri Fələstin məsələsində Trampa təsir göstərməlidir”
"Səudiyyə Ərəbistanı Fələstin məsələsində ABŞ prezidenti Donald Trampa təsir göstərməlidir”.
 
Bunu Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman APA-nın Türkiyə müxbirinin Yaxın Şərqdə baş verən hadisələrlə bağlı sualına cavabında deyib.
 
İ. Qəhrəman bildirib ki, Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin bu məsələdə Donald Trampa təsir güclərindən istifadə etməməsi doğru deyil: "Onlar səhv edir. Bu gün "mənə toxunmur”, - deyə düşündüyümüz məsələ sabah bizə gəlib çatar. Bu, bumeranqdır. Beynəlmiləl dəyərlərdən, hüquq normalarından, humanist duyğu və düşüncələrdən uzaqlaşanda sabah siz də bu problemlərin içinə girərsiniz. Bu mövqe səhvdir, düzəldilməsi lazımdır”.
 
İ. Qəhrəman mayın 18-də İslam Əməkdaşlıq Təşkilatının İstanbulda Yaxış Şərqdəki hadisələrə dair fövqəladə zirvə toplantısının keçiriləcəyini diqqətə çatdırıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6958
GBP 1 İngilis funt sterlinqi 2.2839
TRY 1 Türk lirəsi 0.3765
KWD 1 Küveyt dinarı 5.6280
SEK 1 İsveç kronu 0.1939
EUR 1 Avro 1.9978
CHF 1 İsveçrə frankı 1.7014
USD 1 ABŞ dolları 1.7000