AZE | RUS | ENG |

Kremlin sözçüsü Vladimir Putinin Koçaryanla görüşəcəyi barədə sualı cavablandırıb

Kremlin sözçüsü Vladimir Putinin Koçaryanla görüşəcəyi barədə sualı cavablandırıb
Bu günlərdə erməni mətbuatının diqqət mərkəzində olan əsas mövzu Rusiya Prezidenti Vladimir Putinin Yerevana qarşıdakı səfəri zamanı hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşəcəyi ilə bağlıdır. "Sputnik-Armenia” agentliyi bu sualla Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova müraciət edib.
AZƏRTAC "Sputnik-Armenia” agentliyinə istinadla xəbər verir ki, D.Peskov bu məsələ barədə deyib: "Hələ ki, bilmirik”. Kremlin sözçüsü məlumatı nə təsdiq, nə də təkzib edib ki, bu da erməni siyasətçiləri arasında yeni müzakirələrə səbəb olub.
Xatırladaq ki, Avrasiya Ali Şurasının iclası oktyabrın 1-də Yerevanda keçiriləcək. Erməni mətbuatı yazır ki, bu tədbirdə iştirak edəcək Rusiya Prezidenti səfər zamanı Robert Koçaryanla da görüşə bilər. Həbsdə olan sabiq dövlət başçısının azadlığa buraxılması ilə bağlı son məhkəmə qərarı isə sentyabrın 17-də elan ediləcək.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873