• cümə, 26 Aprel, 22:43
  • Baku Bakı 22°C

Kreml: Rusiya və ABŞ hərbçiləri arasında əlaqə kanalı aktivdir

12.04.18 14:10 591
Kreml: Rusiya və ABŞ hərbçiləri arasında əlaqə kanalı aktivdir
Kreml: Rusiya ABŞ-ınSuriyailə bağlı bəyanatlarını diqqətlə izləyir

"Rusiya ABŞ-ınSuriyailə bağlı bəyanatlarını diqqətlə izləyir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Rusiya Vaşinqtondan gələn bəyanatları diqqətlə izləyir. Əvvəlki kimi hesab edirik ki,Suriyada gərginliyin artmasına səbəb olacaq hansısa addımlardan qaçmaq lazımdır. Hesab edirik ki, bu,Suriyamünaqişəsinin nizamlanması ilə bağlı bütün prosesə destruktiv təsir edə bilər", - deyə D. PeskovSuriyada mümkün hərbi əməliyyatların qarşısını almaqla bağlı Rusiyanın planının olub-olmaması haqda suala cavabında bildirib.

Kreml sözçüsü Rusiya və ABŞ arasında hərbi kanalın fəaliyyəti ilə bağlı sualı da cavablandırıb: "Rusiya və ABŞ-ın hərbçiləri arasında əlaqə kanalı var və bu xətt aktiv vəziyyətdədir. Hər iki tərəf bu kanaldan istifadə edir".
banner

Oxşar Xəbərlər