• cümə axşamı, 28 mart, 15:56
  • Baku Bakı 16°C

Kreml Putin və Poroşenko arasındakı telefon danışığının təfərrüatlarını açıqlayıb

14.02.18 16:16 869
Kreml Putin və Poroşenko arasındakı telefon danışığının təfərrüatlarını açıqlayıb
Kreml Rusiya və Ukrayna prezidentləriVladimir PutinvəPyotr Poroşenkoarasındakı telefon danışığının təfərrüatlarını açıqlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov telefon danışığının fevralın 12-də Kiyevin təşəbbüsü ilə baş tutduğunu söyləyib: "Ukrayna prezidenti "An-148" təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verdi. O, aviaqəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı istehsalçı zavodun xətti ilə əməkdaşlığa hazır olduqlarını bildirdi".
D. Peskov qeyd edib ki, dövlət başçıları Minsk razılaşmasının həyata keçirilməsini, Donbasda əsirlərin dəyişdirilməsi ilə bağlı vəziyyəti də müzakirə ediblər.
Xatırladaq ki, Putin və Poroşenko arasında telefon danışığı barədə ilk olaraq Ukraynaprezident administrasiyasıməlumat yayıb.
banner

Oxşar Xəbərlər