AZE | RUS | ENG |

Kreml Putin və Poroşenko arasındakı telefon danışığının təfərrüatlarını açıqlayıb

Kreml Putin və Poroşenko arasındakı telefon danışığının təfərrüatlarını açıqlayıb
Kreml Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Pyotr Poroşenko arasındakı telefon danışığının təfərrüatlarını açıqlayıb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov telefon danışığının fevralın 12-də Kiyevin təşəbbüsü ilə baş tutduğunu söyləyib: "Ukrayna prezidenti "An-148" təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verdi. O, aviaqəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı istehsalçı zavodun xətti ilə əməkdaşlığa hazır olduqlarını bildirdi".
 
D. Peskov qeyd edib ki, dövlət başçıları Minsk razılaşmasının həyata keçirilməsini, Donbasda əsirlərin dəyişdirilməsi ilə bağlı vəziyyəti də müzakirə ediblər. 
 
Xatırladaq ki, Putin və Poroşenko arasında telefon danışığı barədə ilk olaraq Ukrayna prezident administrasiyası məlumat yayıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2354
TRY 1 Türk lirəsi 0.2664
KWD 1 Küveyt dinarı 5.6142
SEK 1 İsveç kronu 0.1909
EUR 1 Avro 1.9848
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7000