• cümə, 19 Aprel, 10:32
  • Baku Bakı 13°C

Kreml prezidentlərin İstanbul görüşünü təsdiqləyib

20.02.18 09:45 643
Kreml prezidentlərin İstanbul görüşünü təsdiqləyib
Rusiya, Türkiyə və İran prezidentlərinin apreldə İstanbulda üçtərəfli görüşü hazırlanır.

APA-nın xəbərinə görə, bu barədə "İnterfaks” agentliyinə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

"Belə bir görüş hazırlanır”, deyə V.Peskov vurğulayıb.Görüşdə ölkə liderləriSuriyaməsələsini müzakirə etməyi planlaşdırırlar.

Ötən gün Türkiyə, İran və Rusiya XİN rəhbərlərinin görüşünün tarixi məlum olub. Nazirlərinin görüşü martın 14-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.

Qeyd edək ki, fevralın 19-da Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanRusiya dövlət başçısıVladimir Putinvə İran prezidentiHəsən Ruhaniilə telefon danışığı aparıb.
banner

Oxşar Xəbərlər