• cümə, 26 Aprel, 23:23
  • Baku Bakı 22°C

Kreml Paşinyanın Rusiyaya girişinə qadağa qoyub?

20.06.20 20:06 624
Kreml Paşinyanın Rusiyaya girişinə qadağa qoyub?
"Hraparak”: "Ermənistan koronavirus infeksiyasının yayılmasına görə regionda ən təhlükəli ölkədir”
Ermənistanın "Hraparak” nəşri yazır ki, Nikol Paşinyan Moskvaya edəcəyi səfərini koronavirus epidemiyasına görə təxirə salıb. Lakin nəşrin mənbələrinin bildirdiyinə görə, əslində bu Kremlin Ermənistanın baş nazirinin Moskva səfərinin qarşısını almaq planıdır.SİAaysor.am-a istinadən xəbər verir ki, "Hraparak” sözügedən məqalədə Rusiya tərəfinin Nikol Paşinyandan Moskva aeropotrunda koronavirus testi verməsi tələbi ilə çıxış etdiyini yazır və qeyd edir ki, rusiyalılar erməni baş nazirinin Ermənistanda virusa yoluxmasına və qısa zamanda sağalmasına şübhə ilə yanaşırlar.
"Ermənistan tərəfi İrəvanda Paşinyandan götürülmüş və cavabı neqativ çıxmış testin Rusiyaya göndərilməsini təklif edib, ancaq ruslar imtina edərək tələb irəli sürüblər ki, Ermənistan baş nazirini yoluxaraq-sağalmasını dəqiqləşdirmək üçün yerində yoxlamaq lazımdır. Belə ki, əgər bu baş veribsə onun qanında antitel olmalıdır. Əgər Paşinyanın həqiqətən də koronavirusa yoluxması faktı üzə çıxarsa, bu zaman onun Rusiyaya daxil olmasına qadağa qoyulacaq. Çünki Ermənistan koronavirus infeksiyasının yayılmasına görə regionda ən təhlükəli ölkədir”, erməni nəşri yazır.
banner

Oxşar Xəbərlər