• cümə, 19 Aprel, 18:47
  • Baku Bakı 24°C

Kreml: Müqayisə yersizdir

24.04.18 14:25 600
Kreml: Müqayisə yersizdir
"Ermənistanda vəziyyət qeri-sabitlik yolu ilə getmir. Kreml bu ölkədə sabitliyinin qorunub saxlanmasına və siyasi konsensusun əldə olunmasına ümid edir".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"İrəvanda baş verənlər Ermənistanın daxili işidir. Ermənistan bizim üçün çox qiymətli tərəfdaşdır, bizi çox geniş iqtisadi və mədəni əlaqələr bağlayır. Ümid edirik ki, ölkədə sabitlik qorunub saxlanacaq, yaxın gələcəkdə erməni xalqını təmsil edən bütün qüvvələrin konsensusuna çevriləcək siyasi konfiqurasiyanın cizgiləri meydana çıxacaq", - deyə Kremlin sözçüsü vurğulayıb.
Rusiya prezidentinin mətbuat katibi Ermənistanda baş verənlərin Ukraynada baş verənlərlə müqayisə olunmasına da toxunub: "Ermənistandakı situasiyanı Ukraynada baş vermiş dövlət çevrilişi ilə müqayisə etmək yersizdir. Mən bu hadisələr arasında paralellər aparmazdım. Ona görə ki, vəziyyət tamamilə fərqlidir".
banner

Oxşar Xəbərlər