• çərşənbə axşamı, 19 mart, 08:26
  • Baku Bakı 8°C

Kreativ gəncləri birləşdirən məkan - Reportaj

23.12.16 13:13 4212
Kreativ gəncləri birləşdirən məkan - Reportaj

"Eşidəndə də ki, yeni yaranan şirkətlər üçün pulsuz ofis verilir, çox sevindik. Ofis, iş görüşməsi üçün otaq, yorulanda dincəlmək üçün kabinet, sürətli internet, printer, skayner, kompyuter, hələ üstəlik mentor... Və bunların hamısı da pulsuz. İnanılmazdır. Amma bütün bunları Baku Business Factory (BBF-Bakı Biznes Fabriki) bizim kimi gənclər üçün təşkil edir. İşləmək üçün başqa nə lazımdır ki?”.
Bu sözləri bizimlə söhbətində BBF-də 4 nəfər işçisi ilə birlikdə işləmək imkanı qazanan Brandcream şirkətinin rəhbəri Elşən Qurbanov bildirdi.
Elşən deyir ki, frlilans olaraq qrafik dizaynla məşğuldurlar. İki ilə yaxındır fəaliyyət göstərsələr də, bir yerdə birləşəndə işləmələri üçün məkan yox idi. Daha doğrusu, qazancları icarəyə ofis götürməyə çatmırdı. BBF barədə eşidəndə CV-lərini və şirkət barədə məlumatı bura göndəriblər. Layihələri bəyənildiyindən müsahibəyə çağırılıblar və ofisin bütün imkanlarından yararlanmaq imkanı qazanıblar: "O vaxt BBF-dəki mentorumuz işimizin qabağa getməsi üçün nəyə ehtiyacımızın olduğunu soruşdu. Yer ayırmaqdan başqa, bizə kompyuterlərin, planşetin alınmasında maddi cəhətdən kömək də etdilər”.



banner

Oxşar Xəbərlər