AZE | RUS | ENG |

Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib - Fotolar - Video

Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib - Fotolar - Video
Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına Rusiyadakı diaspor təşkilatları da qoşulublar. Artıq may ayının birinci yarısında Krasnoyarsk diyarı azərbaycanlılarının milli-mədəni muxtariyyatı, "Odlar yurdu” Xalq mahnı və rəqs ansamblı və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Krasnoyarsk diyarı üzrə bölməsi "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası çərçivəsində silsilə tədbirlər keçiriblər. 
 
 

Açılış "Odlar yurdu” rəqs ansamblının konsert proqramı ilə başlayıb. Konsertdə Krasnoyarsk diyarının dövlət və hökumət rəsmiləri, şəhər administrasiyasının rəhbərliyi və təmsilçiləri, eləcə də qırğız, özbək, tacik, yəhudi və digər xalqların milli-mədəni birliklərinin nümayəndələri də iştirak ediblər.
 
 

Öncə səhnədə Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədri Taleh Mahmudovun adından onun müavini Xalid Hacıyev, "Odlar yurdu” rəqs ansamblının direktoru Səadət Qarayeva, ansamblın bədii rəhbəri Aqil Cəfərov çıxış ediblər. Çıxışçılar  Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncam imzaladığını və bütün dünya azərbaycanlılarının bu yubileyi qeyd etdiklərini bildiriblər. Həmçinin Krasnoyarskdakı soydaşlarımız AXC ilə bağlı keçirilən silsilə tədbirlərdə aktiv olmağa dəvət edilib.
 
 

Daha sonra min nəfərlik zalda Azərbaycanın "Qarabağ”, "Zorxana”, "İgidlər”, "Tərəkəmə”, "Köçəri”, "Qarabağ çobanlar” və s. milli rəqsləri nümayiş etdirilib. Fəal iştirakçılara isə təşəkkürnamələr təqdim olunub. 
 
 

Krasnoyarskda AXC ilə bağlı növbəti olaraq dəyirmi masa təşkil edilib. Tədbirə Sibir Federal Universitetinin professor-müəllim heyəti, tələbələr və digər xalqların milli-mədəni birliklərinin üzvləri qatılıblar. Dəyirmi masada AXC-nin Azərbaycan tarixində rolu, Rusiya-Azərbaycan münasibətlərindən danışılıb.
 
 

Krasnoyarskdakı soydaşlarımız dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını da göndəriblər. Soydaşlarımız milli geyimlərdə əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər tutaraq Üzeyir Hacıbəylinin "Cəngi” kompozisiyasının sədaları altında fləşmob ediblər. Həmvətənlərimiz, eyni zamanda Krasnoyarskda yerli sakinlər arasında da AXC haqqında məlumatlandırma aparıblar.
 
 

Xatırladaq ki, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasının təşkilatçıları Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadədir. Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir. Kampaniyaya 11 ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa, Türkiyə, Ukrayna və Kipr) diaspor təşkilatları qoşulub. Ayrıca Azərbaycandakı 20-dən artıq QHT bu kampaniyanın virtual təbliğatını aparır.
 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6953
GBP 1 İngilis funt sterlinqi 2.2810
TRY 1 Türk lirəsi 0.3570
KWD 1 Küveyt dinarı 5.6263
SEK 1 İsveç kronu 0.1954
EUR 1 Avro 2.0001
CHF 1 İsveçrə frankı 1.7127
USD 1 ABŞ dolları 1.7000