• cümə axşamı, 25 aprel, 19:39
  • Baku Bakı 21°C

Krasnoyarsk diyarında bəndin çökməsinin ilkin səbəbləri açıqlanıb

19.10.19 13:15 444
Krasnoyarsk diyarında bəndin çökməsinin ilkin səbəbləri açıqlanıb
Rusiyanın Krasnoyarsk diyarında bəndin çökməsinin səbəbləri açıqlanıb.
AZƏRTACxəbər verir ki, ilkin məlumata görə, Krasnoyarskın Kuraginsk rayonundakı qızıl hasilatı artelində Seyba çayı üzərindəki texniki su hövzəsində qəzaya səbəb bəndin istismar vaxtının ötməsi və dağılması olub. Hadisə nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb, 13 şəxs itkin düşmüş sayılır. İstintaq qrupunun ehtimalına görə, yaxınlıqdakı fəhlə qəsəbəsində su basmış yataqxanalarda 80-ə yaxın adam olub.
Hadisə ilə əlaqədar təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.
banner

Oxşar Xəbərlər