• cümə axşamı, 28 mart, 22:07
  • Baku Bakı 13°C

Krasnoyarksda “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib - Fotolar

02.12.16 21:47 1538
Krasnoyarksda  “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib - Fotolar
Rusiyanın Krasnoyarks şəhərində Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin "Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib. Təqdimat Azərbaycan diasporunun nümayəndələri Ələkbər və Səadət Qarayevalar, o cümlədənRusiyanın Azərbaycanlı Gənclər Təşkilatının(RAGT)Krasnoyarsk üzrə nümayəndəliyinin rəhbəriKamran Rüstəmzadə tərəfindən təşkil edilib.

Təqdimatda Azərbaycan diasporunun üzvləri, Ümumrusiya Azərbaycan Konqresinin Krasnoyarsk üzrə sədr müavinləri, "Odlar yurdu” rəqs ansamblının nümayəndələri, Sibir Federal Universitetinin tələbələri, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Krasnoyarsk üzrə şöbəsinin sədr müavini Ələkbər Qarayev açaraq müəlliflə tanışlığından danışıb. O, kitabdakı insanların Azərbaycanın təbliği ilə bağlı fəaliyyəti haqqında məlumat verib.

Daha sonra Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədr müavini, "Odlar yurdu” rəqs ansamblının bədii rəhbəri Səadət Qarayeva çıxış edərək aktiv gənclərin bu kimi kitaba namizəd olduğunu qeyd edib.

Təqdimatda kitabın müəllifiFuad Hüseynzadəilə videobağlantı qurulub.Fuad Hüseynzadəiştirakçıları salamlayaraq təqdimatın təşkilatçılarına öz minnətdarlığını bildirib. O qeyd edibdövlət müstəqilliyimizin 25 illiyi münasibətilə bu kitabı ərsəyə gətirib: "Kitabda kimsənin yer alması səbəbsiz deyil. Onların hər birinin özəlliyi var. Əsas hədəfim xaricdəki soydaşlarımzın əlaqələrinin yaranması, həmrəyliyinin güclənməsidir”.
Sonda Səadət Qarayeva diaspor işində fərqlənən gənclərə diplomlar təqdim edib.




banner

Oxşar Xəbərlər