• çərşənbə axşamı, 19 mart, 07:07
  • Baku Bakı 8°C

Kraliça FİFA-ya qarşı gizlin təhqiqat aparır

20.09.17 13:30 1202
Kraliça FİFA-ya qarşı gizlin təhqiqat aparır
İordaniya kraliçası Hayya bin əl-Hüseyn bir ildən artıqdır ki, FİFA ilə bağlı gizlin araşdırmalar aparır.
Kaspi.az xəbər verir ki, kraliça gizlin araşdırmaları İngiltərə detektivlərinin vasitəsilə aparır. Detektivlər FİFA-dakı korrupsiya ilə bağlı əlavə məlumatlar toplayırlar.
İngiltərəli detektivlər FİFA-nın sabiq və indiki məmurları ilə təmas qurur, informasiyalar əldə edirlər. Detektivlərin bu məsələ ilə bağlı ABŞ-ın Federal Təhqiqat Bürosu ilə də əməkdaşlıq etdiyi bildirilir.
Onu da qeyd edək ki, Hayya bin əl-Hüseyn FİFA-da keçirilən seçkilər zamanı prezidentliyə namizədliyini irəli sürmüş İordaniya şahzadəsi Əli bun əl-Hüseynin bacısıdır.
banner

Oxşar Xəbərlər