• cümə axşamı, 28 mart, 18:01
  • Baku Bakı 13°C

Kosta-Rika Azərbaycanın rekordunu qıra biləcəkmi?

04.04.14 12:51 1202
Kosta-Rika Azərbaycanın rekordunu qıra biləcəkmi?
Kosta-Rika futbol federasiyası 17 yaşa qədər qızlar arasında bu il Kosta-Rikada keçirilən DÇ-də, 2012-ci ildə Azərbaycanda keçirilmiş müvafiq DÇ-nin oyununa gəlmiş azarkeş sayına görə rekordu qırmağa ümid edir. Azerisport.az Kosta-Rika KİV-nə istinadən xəbər verir ki, hazırda turniri 227 min azarkeş ziyarət edib ki, bu da rekord göstəricidən 30 min nəfər azdır.
“Biz Kosta-Rikanın bu rekordu qırması üçün bütün azarkeşləri stadiona dəvət edirik”, deyə yerli təşkilat komitəsinin rəhbəri Federiko Roxas bildirib.
“Azərbaycanda keçirilmiş DÇ-nin rekordunu (275 min nəfər) qırmaq üçün bu gün keçiriləcək üçüncü yer uğrunda oyununa və final görüşünə 30 mindən çox azarkeşin gəlməsi lazımdır.
banner

Oxşar Xəbərlər