• şənbə, 20 Aprel, 06:49
  • Baku Bakı 14°C

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yeni rəis müavini təyin edilib

27.04.17 11:50 5049
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yeni rəis müavini təyin edilib
Prokurorluq orqanlarında yeni təyinat olub.
APA-nın məlumatına görə, Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tutduğu vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış İlqar Abbasov ötən gün Baş prokuror Zakir Qaralovununmüvafiq əmrlə Bakı şəhər prokuroru təyin olunub.
Səlahiyyət müddəti başa çatan Bakı şəhər prokuroru olmuş Əziz Seyidovaprelin 25-də Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi seçilib.
banner

Oxşar Xəbərlər