• cümə axşamı, 25 aprel, 09:22
  • Baku Bakı 14°C

Korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib

14.05.15 13:08 1258
Korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı “Mükafatlandırma siyasəti” mövzusunda növbəti treninq keçirilib. Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, təşkil edilmiş tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.
Treninqdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə dövlət müəssisələrində mükafatlandırmanın növləri və korporativ idarəetmə baxımından mahiyyəti və s. barədə iştirakçılara məlumat verib.
Tədbir çərçivəsində mükafatlandırma ilə bağlı beynəlxalq təcrübə barədə məlumat verilib, mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılıb.
Ümumilikdə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 38 istiqaməti əhatə edən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.
Kaspi.az
banner

Oxşar Xəbərlər