• cümə, 26 Aprel, 23:43
  • Baku Bakı 22°C

Koronavirusun Azərbaycanda toylara təsiri açıqlandı

20.07.20 11:07 433
Koronavirusun Azərbaycanda toylara təsiri açıqlandı
2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 15 334 nikaha daxilolma və 5 788 boşanma halları qeydə alınıb.
Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,7, boşanmaların sayı isə 1,4 olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə həm nikahların, həm də boşanmaların sayında xeyli azalma müşahidə olunur.
Belə ki, 2019-cu ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 23 684 nikah və 7082 boşanma halları qeydə alınmışdı.
banner

Oxşar Xəbərlər