• cümə axşamı, 28 mart, 19:59
  • Baku Bakı 13°C

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği açıqlanıb

27.03.20 13:47 1494
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği açıqlanıb
Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə kimi 90 155 635 manat ianə edilib.
APAxəbər verir ki, ianələri köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var. Belə ki, Fonda 1068 hüquqi, 2191 fiziki şəxs ianə köçürüb.
Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanıyla martın 19-da yaradılıb.
Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.
banner

Oxşar Xəbərlər