• çərşənbə, 24 Aprel, 14:13
  • Baku Bakı 27°C

Koronavirusla mübarizədə vətəndaşlar da öz məsuliyyətini yerinə yetirməlidirlər

24.03.20 17:00 811
Koronavirusla mübarizədə vətəndaşlar da öz məsuliyyətini yerinə yetirməlidirlər
Azərbaycanda koronavirus epidemiyasının yayılmasının qarşısının alınması istiqamətində bütün lazımi addımlar atılır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı İlham Məmmədov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah"adlı video layihəsinə müsahibəsi zaman deyib.
Deputat bildirib ki, ölkəmizdə qabaqlayıcı, sanitar epidemioloji tədbirlərin vaxtında həyata keçirilməsi bu prosesin qarşısını alacaq:
"Ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində ehtiyat tədbirləri görülür. Bu virusla mübarizə aparmaq üçün bu gün ölkənin anbarlarında kifayət qədər dərman vasitələri var”.
İ.Məmmədov vurğulayıb ki, dövlət tərəfindən görülən tədbirlərlə yanaşı, insanların da bu qaydalara əməl etməsi vacib əhəmiyyət kəsb edir. O qeyd edib ki, vətəndaşlar bu məsələdə həmrəylik nümayiş etdirməlidirlər:
"Bu mübarizədə vətəndaşlar həmrəylik göstərərək karantin rejiminə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edərsə, biz bu virusun törədə biləcəyi fəsadların qarşısını ala bilərik. İnsanlar da burada öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidirlər”.
banner

Oxşar Xəbərlər