AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koronavirusla mübarizə: Sosial çarxlar effektlidirmi?

Koronavirusla mübarizə: Sosial çarxlar effektlidirmi?

Mədəniyyət
30 Mart 2020, 17:45 991
Telekanallarda və sosial mediada təqdim olunan maarifləndirici çarxlar təqdir edilir

Bütün dünyada yayılan koronavirusa yolxumamaq üçün #Evdəqal həştəqi ilə sosial şəbəkələrdə çağırışlar edilir. Bu istiqamətdə Azərbaycan televziyalarında məlumatlandırma xarakterli sosial çarxlara, efirdə insanları marifləndirmə xarakterli reklamlara üstünlük verilməsi təqdirəlayiq haldır.
Hazırda internetdən geniş istifadə edildiyi bir dönəmdə bu cür reklamları nəinki televziyalarda, sosial şəbəkələrdə də görürük. Lakin koronavirusla mübarizə üsullarını göstərən çarxları hazırlamq, qısa bir zamanda tədim etmək asan məsələ deyil.
Bəs, görəsən, sosial çarxlar bu gün öz aktullığını, təsir gücünü qoruyub saxlaya bilirmi? Məlumat xarakterli çəkilən çarxların əhəmiyyəti nə qədərdir? 
 
 
Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyir ki, telekanallarımız koronavirusla mübarizə çərçivəsində proqram səbətlərini ekstremal şəraitə uyğun qurublar: "Verilişlərinin formatlarını mövcud situasiyaya uyğunlaşdırıblar. İnsanların mövcud pandemiya ilə bağlı maarifləndirilməsi istiqamətində çox təqdirəlayiq addımlar atırlar. Bunların arasında sosial çarxların xüsusi rolu var. Məlum olduğu kimi, həmin sosial çarxlar sosial reklam kimi qəbul edilir və qanunla tənzimlənir. Qanunda göstərilir ki, sosial reklam - insanların şüurunda ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına və təkmilləşdirilməsinə, onların diqqətini cəmiyyətdəki sosial məsələlərə yönəldən, maarifləndirmə və xeyriyyəçilik məqsədi daşıyan qeyri-kommersiya xarakterli məlumatdır. Mülkiyyət formasından asılı olmayaraq, hər bir reklam yayıcısı televiziya və radio yayımı zamanı reklam üçün ayrılan efir vaxtının ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur. Sosial reklam efirdə məzmununa uyğun olaraq saat 9:00-dan 00:00-a qədər olan müddət ərzində yayımlanmalıdır. Televiziya və radioda yayımlanan sosial reklamın müddəti reklam üçün ayrılan ümumi efir vaxtına daxil edilmir. Bu gün sosial reklam xarakterli çarxlardan uğurla istifadə olunur və kifayət qədər effektivdir".
 
 
Əməkdar artist, rejissor Ramin Hacıyev isə bildirib: "Dünyada yayılan bu virusla mübarizədə istədik bizim də bir payımız olsun. Rejissorların bir işi də insanları məlumatlandırmaq, onu görüntülü şəkildə təqdim etməkdir. Biz hazırladığımız sosial videoda həkimlərimizə müraciət etmişik. Belə ki, "canımız sizə, ailələriniz bizə əmanətdir" - deyərək həkimlərin dünyanı öz təsir dairəsinə salan virusla üz-üzə mübarizə apardığını və bunun özünün bir qəhrəmanlıq hekayəsi olduğunu göstərməyə çalışmışıq. Həkimlərimiz övladlarını evdə qoyub bu virusa yoluxan insanlara kömək edirlər, təhülükənin tam mərkəzində onunla mübarizə aparırlar. Bu mübarizdə həkimlərlə yanaşı, məmurlar və polislərlərimizin də əməyi az deyil. Biz də çalışdıq ki, əlimizdən gələni edək. Evdə oturanlar üçün işlədik və bir çarx hazırladıq. Bu çarxların təsir gücü çoxdur".
Rejissor deyir ki, çarxın ssenarisi "Xalxın evi", "Ay yay yay" serialının kollektivinə məxsudur: "Çarxın çəkiliş prosesində gigiyenik qaydalara əməl edirdik. Çəkiliş prosesinə maska ilə gəlirdik, ancaq "motor" deyiləndə, maskalar çıxarılırdı".
Rejissor Rüfət Şahbazov deyir ki, sosial çarx çəkməkdə əsas məqsədləri həkimlərə olan güvəni artırmaq, onların əməyini qiymətləndirməkdən ibarət olub: "Bizim çox şərəfli, hörməti həkimlərimiz var ki, bu gün hər kəs evində olduğu, virusdan qorunmağa çalışdığı halda onlar bu virusla mübarizə aparır, virusa yoluxanlara xidmət edirlər. Biz evdə oturmaqla onların işini daha da asanlaşdırır, virusa yoluxmamaqla həm öz sağlamlığımızı qoruyur, həm də onların işlərində təhlükə riskini azaltmış oluruq. Həkimlərimiz birbaşa virusa yoluxmuş insanlarla birlikdə  mübraizə aparırlar. Biz həmişə mübarizə deyəndə, hərbçilərimizi xatırlayırıq. İndi mübarizə deyəndə həkimlərimiz yada düşür. Həkimlərimiz elmi bilikləri, savadları ilə virusla mübarizə aparırlar. Biz də yaradıcı insan olaraq "Xəzər” televziyasının rəhbərliyinin təklifi ilə bu nüansı diqqət mərkəzinə gətirərək, sosial çarx hazırlamaq qərarına gəldik. Müqayisə etməyə çalışdıq ki, dünən orduya gedən, torpaqları düşməndən qoruyan bir zabitin həkim həyat yoldaşı bu gün virusla müharibəyə gedir. "Biz həkimlərimizə güvənirik" şüarı ilə yola çıxdıq və hazırladığımız çarx nəinki bizim kanalda, digər kanallarda və sosial şəbəkələrdə ən çox izlənilən çarxlardandır".
 
Qeyd edək ki, nəinki rejissorlar və ayrı-ayrı şəxslər, eyni zamanda, bir çox dövlət qurumları da çarxlar hazırlayaraq, öz saytlarında yerləşdirirlər. Məsələn, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, Vergilər Nazirliyinin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən daha 3 yeni sosial çarx hazırlayıb.
 
Bu sosial çarxlar "Yaşlıları koronavirusdan qoruyaq!", "Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?" və "Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?" mövzularına həsr edilib.
 
Xəyalə Rəis