• cümə, 29 Mart, 11:38
  • Baku Bakı 5°C

"Koronavirusla mübarizə milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib"

24.03.20 22:56 552
"Koronavirusla mübarizə milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib"
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə, şəxsi diqqət və dəstəyinə əsasən ölkəmizdə koronavirusla mübarizə istiqamətində qabaqlayıcı fundamental tədbirlər davam etdirilir". BunuSİA-ya YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputatın sözlərinə görə, Prezidentimizin sərəncamı ilə bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını və ilk olaraq Fonda Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsaitin ayrılmasını xüsusilə qeyd etmək istərdik: "Bununla yanaşı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməsi dövlətlə xalq birliyinin növbəti təzahürü olmaqla hər bir vətəndaş üçün nümunədir. Məhz bu səbəbdən də Fonda ianə edən təşkilatların, hüquqi və fiziki şəxslərin sayı durmadan artır. Bu isə dövlət başçısının xalqımız naminə növbəti mühüm addımının cəmiyyətimizdə böyük rezonansa səbəb olduğunu real faktlarla təsdiqləyir. Belə bir mürəkkəb məqamda dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyatımıza, makroiqtisadi sabitliyə, sahibkarlıq subyektlərinə və ölkədə məşğulluq məsələlərinə ehtimal olunan mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər də görülməkdədir. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1 milyard manat ayrılması bu istiqamətdə də fundamental işlərin görüldüyünü təsdiqləyir. Ölkə rəhbərliyinin göstərişi və qayğısı sayəsində görülən bütün tədbirlər xalqımızın rifahının yaxşılaşdırılmasına istiqamətlənib və koronavirusla mübarizə milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib".
banner

Oxşar Xəbərlər