• şənbə, 27 Aprel, 08:07
  • Baku Bakı 12°C

Koronavirusla əlaqədar İtaliyanın şimalında hərəkət məhdudlaşdırılıb

23.02.20 13:36 1030
Koronavirusla əlaqədar İtaliyanın şimalında hərəkət məhdudlaşdırılıb
İtaliyanın şimalında koronavirus təhlükəsi ilə əlaqədar 50 min nəfərin yaşadığı 9 yaşayış qəsəbəsində hərəkət məhdudlaşdırılıb.
APA-nın "Alman dalğası”na istinadən verdiyi məlumata görə, İtaliyada 79 nəfər koronavirusa yoluxub, 2 yaşlı şəxs ölüb.
İtaliya hökuməti sakinlərə həmin yaşayış qəsəbələrini tərk etməyi qadağan edib.
Qeyd edək ki, virusa ən çox yoluxma Lombardiya əyalətində qeydə alınıb. Kodon şəhərində supermarket və restoranlar bağlanıb, insanlar küçələrdə maskalarla gəzirlər. Milanda isə bələdiyyə müəssisələri bağlanıb.
banner

Oxşar Xəbərlər