• çərşənbə axşamı, 16 aprel, 23:48
  • Baku Bakı 18°C

Koronavirusdan sağalan şəxslərə 21 gün işə çıxmamamağı tövsiyə edirik

20.06.20 17:00 462
Koronavirusdan sağalan şəxslərə 21 gün işə çıxmamamağı tövsiyə edirik
Bu gün 39-40 temperaturu olan şəxslər bu virusa yoluxmasını ayıb hesab edərək onu qohum-qonşudan gizlətməyə çalışırlar.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, bunu hətta həkimlərdən də eşidib: "COVİD-19 yeni və çox ağır gedişatlı xəstəlikdir. Burada utanmalı heç nə yoxdur. Bu virusa hər kəs yoluxa bilər. Biz xəstəxanadan evə yol saldığımız şəxsə 21 gün işə çıxmamamağı tövsiyə edirik. Xalqımızın xəstə ziyarətinə getmək kimi adəti var. Bir müddət bu adətimizi yığışdırmalıyıq. Hətta rayonlardan da COVİD-19-a yoluxduğunu bilib xəstə yanına gələn insanlar olub”.
banner

Oxşar Xəbərlər