• cümə, 26 Aprel, 09:27
  • Baku Bakı 12°C

Koronavirusdan müdafiə üçün sprey hazırlanıb

02.08.21 16:45 257
Koronavirusdan müdafiə üçün sprey hazırlanıb
Estoniyalı professor Martin Ustav koronavirusdan qorunmaq üçün burun spreyi yaratdıqlarını bildirib.
AZƏRTAC"Postimees”ə istinadla bildirir ki, burun üçün damcılar COVID-19-a qarşı antikorların qarışığından ibarətdir. "İscosagen” şirkətində aparılan elmi-tədqiqat işlərinə professor Ustav rəhbərlik edib.
Alimin sözlərinə görə, dərman-damcılar hazırda bütün mövcud koronavirus növlərindən qorumaq gücündədir. Buna baxmayaraq, alimlər dərmanın daha təkmil olması üçün tədqiqatlarını davam etdirirlər.
"Virusdakı dəyişiklikləri müntəzəm izləyir və hələ yayılmamış ştamları neytrallaşdırmağa çalışırıq”,- deyə Ustav bildirib.
"BioBlock” adlandırılan dərmanın üzərində "İcosagen”in alimləri ilə bərabər "Chemi-Pharm” şirkətinin, habelə Tartu Universiteti və Estoniya Təbiət Elmləri Universitetinin mütəxəssisləri çalışıblar.
Dərmanın kütləvi istehsalı üçün icazə verilib.
banner

Oxşar Xəbərlər