AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koronavirusa yoluxmuş xəstələrin müalicəsi uğurla davam etdirilir

Koronavirusa yoluxmuş xəstələrin müalicəsi uğurla davam etdirilir

Təfsilat
10 Aprel 2020, 14:45 271
Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün vaxtında qabaqlayıcı tədbirlər görülüb. Ölkədə həyata keçirilən əks-epidemik tədbirlər bu gün də davam etdirilir. Koronaviruslu xəstələrin müalicəsi üçün 20-dən çox tibb müəssisəsi ayrılıb. Onlardan biri də Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasıdır. Klinikanın həkim heyətinin, bütünlükdə personalının koronavirusla mübarizədə rolu danılmazdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri klinikanın direktoru, professor Surxay Hadıyev deyib.
Onun sözlərinə görə, koronavirusa yoluxmuş xəstələrin müalicəsi uğurla davam etdirilir. Xəstələr arasında ağır vəziyyətdə olanı yoxdur. Klinikanın həkimləri bu çətin vaxtda öz fədakarlıqlarını nümayiş etdirirlər.
Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uxan şəhərində aşkarlanan və sonradan digər ölkələrdə də yayılan koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemik virus elan olunub. Bu infeksiya bir neçə ay ərzində demək olar ki, bütün dünyaya yayılıb.