• cümə, 19 Aprel, 19:04
  • Baku Bakı 24°C

Koronavirusa yoluxan uşaqlarda güclü böyrək ağrısı olur

08.05.21 15:45 880
Koronavirusa yoluxan uşaqlarda güclü böyrək ağrısı olur
Koronavirusa yoluxan uşaqlarda güclü böyrək ağrısı olur.
Trend-in məlumatına görə, bunu pediatr-infeksionist Aytən Ziyadova deyib. Onun sözlərinə görə, bu cür hallar koronavirusun ikinci dalğasında daha çox müşahidə olunurdu:
"Klinikaya daxil olan uşaqlarda böyrək ağrısı müşahidə olunurdu. Onların ilkin tibbi müayinəsi zaman müəyyən olunur ki, koronavirus səbəbindən onların böyrəklərində belə ağırlaşmalar müşahidə olunur.
Bundan əlavə səpki, dodaqlarda şişmə, ödəm, gözlərdə qızartı və bu kimi klinik əlamətlərlə gələn uşaqların ümumi məlumatlarını sorğulamaqla ailədə COVİD-19 olub-olmadığı barədə məlumat alırıq. Daha sonra bu müayinələr əsasında müalicə təyin olunur".
banner

Oxşar Xəbərlər