• cümə, 29 Mart, 12:56
  • Baku Bakı 14°C

Koronavirusa tutulan arvadı haqda: Nəfəs ala bilmirdi

10.04.20 12:15 645
Koronavirusa tutulan arvadı haqda: Nəfəs ala bilmirdi
"Bavariya” və Hollandiya yığmasının sabiq futbolçusu Aryen Robbenin həyat yoldaşı da koronavirusa yoluxub.
Kaspi.az xəbər verir ki, Aryen Robben həyat yoldaşının durumu barədə danışıb. O, arvadının xəstəliyi ağır keçirdiyini bildirib:
"Xoşbəxtlikdən, indi hər şey yaxşıdır. Amma o, özünü çox pis hiss edirdi. Ən pisi o idi ki, həyat yoldaşım nəfəs ala bilmirdi.
Çox xoşagəlməz bir hiss idi. Üstəlik, bunun çox davam etdiyini də hiss edirsinizsə. Vəziyyət bir-iki günə yaxşılaşmır. Çox şadam ki, bu proses pis nəticələnmədi.
Şükürlər olsun ki, bizə kömək edən dostlarımız vardı. Qəribə situasiya yaranmışdı, sən heç yerə çıxa bilməzdin. Dostlar ərzaq alıb evin qarşısına qoyurdular, bir azdan biz onları götürürdük.
Üstəlik, itimizi də gəzdirə bilmirdik. Yenə də sağ olsun, dostlar, iti də gəzdirirdilər”.
banner

Oxşar Xəbərlər