AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koronavirusa görə İranda məktəblər, uşaq bağçaları, muzeylər, kinoteatrlar bağlanıb

Koronavirusa görə İranda məktəblər, uşaq bağçaları, muzeylər, kinoteatrlar bağlanıb

Təfsilat
23 Fevral 2020, 17:00 666
İranın Tehran, Kirmanşah, Qəzvin, Ərdəbil, Əlborz, Gilan, Mazandaran, şərqi Azərbaycan və Gülüstan vilayətlərində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bütün məktəblər, universitetlər, uşaq bağçaları bağlanıb, kütləvi idman tədbirlər təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin həyata keçirdiyi profilaktik tədbirlərə baxmayaraq virus İranın vilayətlərinə yayılmaqda davam edir.
İranın Mədəniyyət Nazirliyi bütün konsert proqramlarını, teatr tamaşalarını, muzeyləri ziyarət etməyi və digər mədəni-kütləvi tədbirlərin keçirilməsini müvəqqəti qadağan edib. Tehran şəhərinin apteklərində tibb maskası və tibbi spirtin qiyməti kəskin şəkildə yüksəlib.
Rəsmi olaraq 6 nəfərin virusda öldüyü bildirilir. Yoluxanların sayını isə dəqiq müəyyənləşdirmək hələlik mümkün deyil.
Ümumdünya Səhiyyə Təşkilatının İrandakı nümayəndəsi Kristof Hamelmanın köməkliyi ilə İranın Səhiyyə Nazirliyi koronavirusa yoluxanları müəyyən etmək üçün xüsusi laboratoriya avadanlığı alınıb.
Bütün bunlarla yanaşı, Tehran bələdiyyəsi ictimai nəqliyyatı və metro vaqonlarını hər gün dezinfeksiya edir.