• cümə axşamı, 28 mart, 15:06
  • Baku Bakı 16°C

Koronavirus Yaponiyada hakim partiyanın qurultay planını pozdu

21.02.20 13:15 1065
Koronavirus Yaponiyada hakim partiyanın qurultay planını pozdu
Yaponiyanın hakim Liberal Demokratik Partiyası koronavirusun yayılması ilə əlaqədar martın 8-ə təyin edilmiş qurultayını təxirə salmaq barədə qərar qəbul edib.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo” agentliyi məlumat yayıb.
Qeyd edilir ki, qərarı qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvləri qəbul ediblər. Qurultayın keçirilməsinin yeni tarixi hələ müəyyən edilməyib.
Daha əvvəl hakim partiya ənənəvi banketin ləğvi də daxil olmaqla, tədbirin miqyasının ixtisarı variantına baxırdı. Ancaq təşkilat komitəsi sonda qurultayı başqa vaxta keçirmək barədə qərar qəbul edib. Çünki insanların kütləvi şəkildə toplaşması təhlükəli hesab edilib.
Liberal Demokrat Partiyası rəhbərinin sədrliyi ilə keçirilən illik qurultayda baş nazir Sindzo Abe partiyanın parlamentdə və yerli qanunverici orqanlardakı deputatlarını, rəhbərliyi və aktiv regional təşkilatların üzvlərini toplayır.
banner

Oxşar Xəbərlər