• cümə axşamı, 28 mart, 14:46
  • Baku Bakı 16°C

Koronavirus pandemiyasının yeni episentri məlum oldu

23.05.20 11:07 496
Koronavirus pandemiyasının yeni episentri məlum oldu
"Cənubi Amerika koronavirus pandemiyasının yayılmasının yeni episentri oldu. Braziliya infeksiyadan ən çox zərər çəkən ölkədir”.
"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu sözləriÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan deyib.
"Cənubi Amerika xəstəliyin yeni episentridir. Biz Cənubi Amerikanın bir çox ölkələrində yoluxmaların sayının artdığını görürük", - Rayan bildirib.
O qeyd edib ki, ÜST-ün ən böyük narahatlığına Braziliyadakı vəziyyət səbəb olur.
Təşkilatın məlumatına görə, bu ölkədə virusa yoluxanların sayı 300 min nəfərə yaxınlaşır. Xəstələrin əksəriyyəti San-Paulu ştatının payına düşür.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
banner

Oxşar Xəbərlər