• cümə, 19 Aprel, 17:51
  • Baku Bakı 25°C

Koronavirus fondunun prioritet istiqaməti vətəndaşlara dəstəkdir

24.03.20 23:41 557
Koronavirus fondunun prioritet istiqaməti vətəndaşlara dəstəkdir
"Ölkə prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə formalaşan xüsusi fondun fəaliyyətinin əsas məqsədlərindən biri də məhz sahibkarlara və eyni zamanda sahibkarlıq subyektlərində çalışanlara dəstəyin genişləndirilməsindən ibarətdir". BunuSİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, dövlət büdcəsindən fonda 1 milyard manat vəsait yönəldilib və eyni zamanda büdcədən kənar mənbələrdən də vəsaitlərin cəlb edilməsi davam edir: "Ona görə də güman olunur ki, bu fonda daha çox vəsaitin cəlb edilməsinə imkan verəcək. Bu baxımdan dövlət qurumlarında çalışanlar maaşları saxlanılmaqla məzuniyyətə göndəriliblər və eləcə də artıq ölkə Prezidentinin tapşırığı ilə iqtisadiyyata və həmçinin sahibkarlıq subyektlərinə koronavirusun təsirlərinin minimumlaşdırılması ilə əlaqədar 4 işçi qrupu yaradılıb ki, bu işçi qruplarından biri də birbaşa məşğulluqla bağlıdır".
V.Bayramov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə formalaşan işçi qrupu məhz özəl sektorda çalışan vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi və bu istiqamətdə dəstək nümayiş etdirməsi ilə bağlı fəaliyyət həyata keçirir: "Fondun formalaşdırıldığı və bu istiqamətdə vəsaitlərin cəlb edildiyini nəzərə alsaq təbii ki, həmin vətəndaşlarımıza dəstək həyata keçiriləcəyi artıq prioritet istiqamətdir. Dəstəyin konkret olaraq hansı formada olması və eyni zamanda ünvanlılığın necə təmin edilməsi birbaşa hazırlanacaq meyarlardan asılı olacaq. Artıq işçi qrupu tərəfindən meyyarların hazırlanması həyat keçirilir və güman olunur ki, yaxın vaxtlarda bu meyarlar təsdiq olunacaq. Meyarlar təsdiq olunduqdan sonra birbaşa həm sahibkarlıq subyektlərinə, həm də həmin sektorlarda çalışan vətəndaşlarımıza dəstəyin nümayiş etdirilməsi həyata keçiriləcək".
banner

Oxşar Xəbərlər