• çərşənbə axşamı, 23 aprel, 20:31
  • Baku Bakı 20°C

Koronavirus dünya iqtisadiyyatına 4 trilyon dollar ziyan vura bilər

03.04.20 13:40 779
Koronavirus dünya iqtisadiyyatına 4 trilyon dollar ziyan vura bilər
Koronavirus epidemiyası dünya iqtisadiyyatına 4,1 trilyon dollarlıq ziyan vura bilər.
"Kaspi” xəbər verir ki, bu xəbərdarlıqla Asiya İnkişaf Bankı çıxış edib. "Bu proqnozlaşdırılan təsir daha az ola bilər, çünki mümkün sosial və maliyyə böhranları, səhiyyə və təhsilə uzunmüddətli təsirlər bu təhlilə daxil deyil”,– AİB vurğulayır.
Manilada mənzillənən bank bildirir ki, epidemiyanın qarşısı daha qısa müddətə alınarsa, itkilər 2 trilyon dollar salına bilər. Böhran səhm bazarlarında təlatüm yaradıb, treyderlər dünya iqtisadiyyatına uzunmüddətli təsirdən narahatdırlar. Hökumətlər və mərkəzi banklar isə 5 trilyon dollardan artıq stimul paketləri təklif edirlər. Artıq dünyada COVID-19-a yoluxma halları bir milyonu keçib, onminlərlə adam dünyasını dəyişib, xəstəliyin sürətlə yayılması nəticəsində rəqəmlərin şişəcəyi ilə bağlı xəbərdarlıqlar edilir. Dünyada milyardlarla insan karantin şəraitində yaşayır, iqtisadiyyatlarda durğunluq yaşanır. AİB Asiyada bu il 2,2 faiz iqtisadi artım olacağını proqnozlaşdırır, 1998-ci ildə Asiyada maliyyə böhranı zamanı 1,7 faizlik artım qeydə alınmışdı.
"Heç kəs COVID-19 pandemiyasının nə dərəcədə yayılacağını deyə bilməz, onun qarşısının alınması isə proqnozlaşdırıldığından daha uzun çəkə bilər”,– AİB-in baş iqtisadçısıYasuyuki Savadasöyləyib. "Kəskin maliyyə çaxnaşması və maliyyə böhranlarının mümkünlüyü gözardı olunmamalıdır”,– o əlavə edib.
İlkin proqnozlara görə, koronavirus epidemiyasının qarşısı bu il alınacaq və 2021-ci ildən planetdə həyat normal axarına qayıdacaq. Amma "Frans Pres” yazır ki, xəstəliyin əlavə olaraq baş qaldırması potensialı da qalır və pandemiyanın sərtliyi hələ qeyri-müəyyəndir. "Nəticələr proqnozdan daha pis ola, artım sürətlə bərpa olunmaya bilər”,– deyə bank vurğulayır. AİB-in proqnozuna görə, regionun ən böyük iqtisadiyyatı olan Çində bu il artım ötənilki 6,1 faizdən 2,3 faizə düşə, 2021-ci ildə normallaşa bilər. AİB Çinin ÜDM-nin 5 faizə yaxınının, yaxud 628 milyard dollarının itirilə biləcəyini qeyd edir.

banner

Oxşar Xəbərlər