Koroğlunun Qıratı, Qaçaq Nəbinin Bozatı...
At muraddır. İnsanın ən sədaqətli dostudur. Vaxtilə
bəylərin, paşaların bir-birinə verdikləri ən ali hədiyyələrdən biri də at idi.
"Bəy verən at”ın dişinə baxmazlar misalı da məhz o dövrlərdən günümüzə gəlib
çatıb. Ölkəmiz dünyaya öz atları ilə səs salırdı. Qarabağ, Quba, Bakı və Qazax atları öz gözəlliyi ilə
seçilirdi. Deyilənə görə, Makedoniyalı İsgəndər, İran hökmdarı Dara kimi sərkərdələr
öz süvari qoşunlarını məşhur Qarabağ atlarının hesabına gücləndirərmiş. Hətta
faktlar sübut edir ki, dünyada geniş yayılmış ərəb və ingilis cins atlarının
formalaşmasında Azərbaycan atlarının müəyyən rolu olub. "Qılınc at” deyə
çağırılan Qarabağ atları, məşhur "Dilboz” atları və Ağstafa cinsli atlar ölkəmizə
daha çox şöhrət gətiriblər. Koroğlunun Qıratı, Şirinin "Gülgün” atı, Qaçaq Nəbinin
Bozatı azadlıq, haqq-ədalət uğrunda vuruşan Azərbaycan xalqının ata olan
sevgisinin rəmzidir.
Lakin yuxarıda da qeyd etdiyimiz kimi bu gözəllik, məşhurluq, güclülük keçmişdə qalıb. Hazırda Azərbaycan atı bu xüsusiyyətləri ilə deyil, ətinin xaricə ixracı ilə gündəmə gəlib. Bəs at ətinin ixracı bizə nə qazandıracaq? Azərbaycanda kifayət qədər at varmı ki, onu xaricə ixrac edək?
"Ölkədə at əti satılmayacaq”
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat sözçüsü Yolçu Xanvəli qəzetimizə açıqlamasında bildirdi ki, 2017-ci ildə Azərbaycandan Moldovaya at əti ixrac edilməsi nəzərdə tutulub. Həmsöhbətimizin sözlərinə görə, bu məqsədlə bir neçə regionda, o cümlədən Gəncə regionunda at kəsimi sexlərinin təşkil olunması planlaşdırılır: "İlk növbədə bir sıra regionlarda, o cümlədən Gəncədə at kəsimi məntəqəsinin tikilməsi nəzərdə tutulur. At kəsimi sexləri soyuducu anbar və refrijeratorlarla təchiz edilməli, baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərməlidir. At kəsimi sexlərində yalnız çıxdaş və damazlığa yaramayan atların baytar həkiminin nəzarəti altında ayrıca kəsilməsi, soyulması və ətin tədarük olunması və soyuducu kameralara yığılaraq, Moldovaya göndərilməsi nəzərdə tutulur”.
Xidmətdən o da bildirilib ki, at kəsimi sexlərində atlar baytar həkiminin nəzarəti altında kəsiləcək, baytarlıq-sanitariya ekspertizasından keçiriləcək və yalnız bundan sonra Moldovaya ixrac olunacaq: "Məntəqə tikildikdən sonra heyvanlar qəbul olunacaq, müayinə edildikdən sonra kəsiminə icazə veriləcək. Xüsusilə qeyd edirəm ki, atlar yalnız və yalnız Moldova respublikasına ixrac olunacaq. Yəni ölkə daxilində at əti satılmayacaq. Bunların hamısı dövlət baytarlıq xidmətinin əməkdaşlarının nəzarəti altında həyata keçiriləcək”.
Müsahibimizin vurğuladı ki, əgər Azərbaycanda kifayət qədər at olmasaydı, bu müqavilə imzalanmazdı: "Əgər xarici ölkə araşdırıb, vəsait qoyubsa, deməli ölkəmizdə buna imkan var”.
"Yararsız atların ixracı vacibdir”
İxrac məsələsinə gəldikdə isə müsahibimiz vurğuladı ki, istifadəyə yararsız olan atlar ixrac edilməlidir: "Atlar təsərrüfatlarda 10-15 il saxlanıla bilir. Sonra onlar qocalırlar və onlardan istifadə etmək olmur. Məlum olduğu kimi at əti də Azərbaycanda yeyilmir. Lakin elə ölkələr var ki, at ətindən istifadə edirlər. Xüsusilə orta Asiya ölkələrində - Özbəkistan, Qazaxıstan, Qırğızıstanda at əti yeyilir, kolbasa istehsal edirlər. Ona görə də bu atlar mütləq Azərbaycandan ixrac olunmalıdır. Uzun illər Özbəkistandan, Qırğızıstandan, Qazaxıstandan gəlib bir atı 200-300 manata alıb aparıblar. Lakin son üç ildə Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi atların Azərbaycandan çıxarılmasına imkan vermədi. Qocalmış, dişi tökülmüş, təsərrüfata və miniyə yaramayan atların ölkəmizə və kəndliyə heç bir xeyri yoxdur. Tək xeyri odur ki, 200-300 manata satıb öz ehtiyaclarına sərf edirlər. Yalnız cins və damazlıq madyanları və damazlıq ayğırları respublikadan çıxarmaq qadağandır və bu, qanunla məhdudlaşdırılır. Amma qocalan, yararsız atların ixracı vacibdir. Əgər ölkə bundan xeyir götürəcəksə, bunun qarşısını almaq olmaz”.
"Baha başa gələcək”
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə yararsız atların kəsiminin, daşınmasının baha başa gəldiyini deyir: "Ölkədə bütün atlar kəsilib Moldovaya göndərilməyəcək. Məsələn, müşahidə aparacaqlar ki, hansısa bir rayonda at ölümcül vəziyyətdədir. Həmin at kəsiləcək və ixrac olunacaq. Təxmini hesablayanda hər rayonda 3 gündən bir at çıxdaş ola bilər. Bu, bahalı bir fəaliyyətdir”.
Vahid Məhərrəmovun sözlərinə görə, at ətindən Azərbaycanda çox gəlir götürmək mümkün deyil: "Azərbaycanda 70 min baş at var, bundan böyük gəlir götürməyə ümid etmək olmaz. Bundan əlavə, at əti istehsalı üçün normal şərait olmalıdır. Məsələn, ətliyə verilməli bir neçə at varsa, onları maşına yığıb daşımaq daha ucuz başa gələr, nəinki bir atı emal müəssisəsinə aparmaq. Atın əti havayı olsa belə, onun daşınması, emalı, ixracı pul aparacaq”.
Aygün ƏZİZ

"Qarabağ
atları yetişdirilməlidir”
Əməkdar kənd
təsərrüfatı işçisi, heyvandarlıq, damazlıq işi, otlaqlar üzrə ekspert Çingiz Fərəcov
deyir ki, ölkədə
ixrac edilmək üçün kifayət qədər at var. Ekspert bizimlə söhbətində bildirdi
ki, son illər Azərbaycanda atların cins tərkibi pisləşib: "Hazırda
respublikamızda 76 min başdan çox at var. Onun 28-30 mini Qarabağ, təxminən
22-25 min başı isə dilbaz atlarıdır. Yerdə qalanı Şirvan atlarıdır və Nehrəm
cinsinə aiddir. . Azərbaycanda kifayət qədər at var. Vaxtilə ata böyük tələbat
var idi. Çünki traktor, maşınlar yox idi, kənd təsərrüfatı işləri atların vasitəsilə
görülürdü, atlardan canlı qoşqu kimi istifadə edilirdi. İndi isə minik
maşınlarının sayı həddən artıqdır. Qarabağ atı dağ və dağətəyi at cinsləridir.
Bunlardan əsasən minik və qoşqu kimi istifadə olunurdu. Lakin son vaxtlar
Qarabağ atlarından həm də cıdırda, yarışlarda istifadə olunur. Dilbaz atına
bizdə Qazax atı da deyilir. Qazaxda dilbazilər nəslinin sülaləsinin
yetişdirdiyi at cinsidir. Bu atlar minik atı kimi çox kiçik boylu atlardır. Ona
görə beynəlxalq yarışlarda bu atlar istifadə olunmurlar. Onların sürətlə qaçmaq
imkanı yoxdur. Çünki beynəlxalq yarışlarda əsasən təmiz qanlı minik atından,
türkmən at cinsindən, Axaltəkə at cinslərindən istifadə olunur. Bunu nəticəsidir
ki, bizdə son illər ata ehtiyac azalıb. Əsas atçılıq turizmə və idman atçılıq
növünə yönəldilib. Ölkədə atların cins tərkibi çox pisləşib. Təmiz cinsə mənsub
olan Qarabağ atlarının sayı çox azdır. Qarabağ atını yetişdirmək üçün onlara ərəb
atlarının qanı qatılmalıdır. Ərəb cinsindən olan atlar, ayğırlar təsərrüfatlara
verilməli, onlar Qarabağ atları ilə kütləvi şəkildə cütləşdirilməlidir. Bir
sözlə, Qarabağ atının keyfiyyətləri bərpa olunmalıdır”. "Yararsız atların ixracı vacibdir”