• çərşənbə axşamı, 19 mart, 12:57
  • Baku Bakı 8°C

"Koroğlu" metrostansiyası yaxınlığında piyadanı maşın vurub

21.07.17 09:20 1018
"Koroğlu" metrostansiyası yaxınlığında piyadanı maşın vurub
Ötən gün Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb.
Yolu keçmək istəyən 27 yaşlı piyada Məmmədov Taleh Ağabəy oğlunu "Mercedes" markalı avtomobil vurub. Sürücü özü onu 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Sürücü saxlanılıb.
banner

Oxşar Xəbərlər